Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Həmçinin Prezidentin digər Sərəncamı ilə Qoşqar Aslan oğlu Zeynalov Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.