Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyevin bu təklifi ilə dərhal razılaşdım - Pelleqrini

2 dəq
Paylaş:
İlham Əliyevin bu təklifi ilə dərhal razılaşdım - Pelleqrini

Slovakiya Prezidenti Peter Pelleqrini İlham Əliyevin Şuşada danışıqlar aparmaq ilə dərhal razılaşdığını bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Pelleqrini "AnewZ" telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, Azərbaycanda artıq bir neçə dəfə olmasına baxmayaraq, Şuşaya ilk dəfə səfər edib:

"Bu, mənim Şuşaya ilk səfərimdir. İdeya (danışıqların Şuşada keçirilməsi - red.) İlham Əliyevə məxsusdur, o məndən rəsmi qarşılanma mərasiminin və digər bütün əsas tədbirlərin bu dəfə Bakıda deyil, Şuşada keçirilməsinə razı olub-olmayacağımı soruşdu. Və əlbəttə ki, mən dərhal , çünki bu torpağın tarixini bilirəm".

P. Pelleqrini qeyd edib ki, o və bütün şəhərdə aparılan bərpa işlərinə heyran qalıb:

"Deməliyəm ki, ilk dəqiqədən bütün nümayəndə heyətimiz infrastruktura edilən irimiqyaslı yatırımlara və burada baş verənlərə heyran qalıb".

Xatırladaq ki, Slovakiya Prezidenti 13-15 iyul tarixlərində Azərbaycanda rəsmi səfərdə olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax