Azərbaycanda səfərdə olan Slovakiya Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyəti mayın 13-də Fəxri xiyabanı ziyarət edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nümayəndə heyəti Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüb.