Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ştaynmayer İlham Əliyevlə Berlindəki danışıqların detallarını açıqladı

1 dəq
Paylaş:
Ştaynmayer İlham Əliyevlə Berlindəki danışıqların detallarını açıqladı

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter bu gün Berlində İlham Əliyevlə keçirilən danışıqlar barədə paylaşım edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, müvafiq paylaşım Almaniya prezidentinin "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib.

"Danışıqların diqqət mərkəzində ikitərəfli münasibətlər, arasındakı sülh prosesi, eləcə də aktual regional və məsələlər yer alıb", - Ştaynmayer qeyd edib.

O, Ermənistan və Azərbaycan arasında sülh nizamlanması və münasibətlərin normallaşması prosesində əldə olunan irəliləyişi alqışlayıb, hərtərəfli sülh sazişinin bağlanması yolunda gələcək addımlara dəstəyini ifadə edib.

Paylaşımda Almaniya-Azərbaycan əməkdaşlığının inkişafına xüsusi diqqət yetirilib. Almaniya Prezidenti Azərbaycanın Cənubi Qafqazda, xüsusilə energetika və iqtisadiyyat sahələrində Berlinin mühüm tərəfdaşı kimi əhəmiyyətini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax