Səudiyyəli sərmayəçilər “Roma”nı 900 milyon avroya almaq niyyətindədirlər

Səudiyyəli sərmayəçilər “Roma”nı 900 milyon avroya almaq niyyətindədirlər
10.02.2024 07:04
Aa
dəq

Səudiyyə Ərəbistanından olan sərmayəçilər İtaliyanın “Roma” futbol klubunu satın almaq istəyirlər.

"Operativ Məlumat Mərkəzi-OMM"-in “La Repubblica”ya istinadən verdiyi məlumata görə, artıq tərəflər arasında danışıqlar başlayıb, paytaxt təmsilçisinin hüquq departamentinin rəhbəri Ər-Riyaddadır.

Səudiyyəli investorlar klub üçün 900 milyon avro təklif etməyə, həmçinin yeni stadionun tikintisi üçün daha 300 milyon avro ayırmağa hazırdırlar. Bununla belə, arena layihəsi Roma hakimiyyətinin təsdiqini tələb edir.

Qeyd edək ki, “Roma”nın potensial sahiblərindən biri “Nyukasl”ın sahibi olan Səudiyyə Ərəbistanının Suveren Sərvət Fondu (PIF) ola bilər.

Xatırladaq ki, ötən yay romalıların sahibi Dan Fridkin klubu 1 milyard avroya satmaqdan imtina etmişdi.

Bu mövsüm A Seriyasında 23 turdan sonra “Roma” 38 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Klub avrokuboklarda da iştirakını davam etdirir. Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Daniele De Rossinin yetirmələri Niderlandın “Feyenoord” klubu ilə qarşılaşacaq.

Həftənin ən çox oxunanları

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın
DAVAMIN OXU davamın oxu

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi
DAVAMIN OXU davamın oxu

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək
DAVAMIN OXU davamın oxu

Simeone Amrabatı "Atletiko"da görmək istəyib

Simeone Amrabatı
DAVAMIN OXU davamın oxu

"Mançester Siti" və "Liverpul" bu futbolçu üçün mübarizə aparacaqlar

DAVAMIN OXU davamın oxu