Səhiyyə sisteminin elektronlaşdırılması müzakirə olunur

Səhiyyə sisteminin elektronlaşdırılması müzakirə olunur
15.03.2023 13:05
Aa
dəq

"Azərbaycan səhiyyə sisteminin tam elektronlaşdırılması, bunun paralelində dünya praktikasında tətbiq olunan platformaların bizdə də istifadəyə verilməsi müzakirə olunur". 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müşaviri Firəngiz Əliyeva deyib. Onun sözlərinə görə, bu gün təqdim edilən təkmilləşdirilmiş "e-Tabib" tətbiqi bu istiqamətdə atılmış addımlar çərçivəsində ilk məhsuldur:

"Bu tətbiqin üzərində çox iş aparılacaq. Ölkədə vahid platformanın olması və orada özəl və dövlət xəstəxanalarının hamısını əhatə edən, eyni zamanda bütün vətəndaşların tələblərinə cavab verən bir platforma halına gətirilməsi istiqamətində düşünürük".

O qeyd edib ki, dünya praktikasında mövcud platformalar var ki, onlarda hemofiliya, diabetik xəstələrin vücuduna xüsusi cihazlar yerləşdirilərək gündəlik nəticələri əks olunur:

"Eyni zamanda, dünya praktikasında pasientlərə məxsus bütün informasiyaların bir platformada birləşdirilməsi də var. Təbii ki, biz də bu istiqamətdə düşünürük. Azərbaycan səhiyyə sisteminin tam elektronlaşdırılması müzakirə olunur".

Həftənin ən çox oxunanları

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək
DAVAMIN OXU davamın oxu