Operativ Məlumat Mərkəzi

Şəhid ailələri və müharibə əlillərinə bu qədər mənzil verilib - AÇIQLAMA

1 dəq
Paylaş:
Şəhid ailələri və müharibə əlillərinə bu qədər mənzil verilib - AÇIQLAMA

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm zəfər əldə etdiyi 44 Günlük Vətən Müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminat proqramı 5 dəfə genişlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib.

O qeyd edib ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2023-cü ildə 1500, postmüharibə dövründə 6000, ümumilikdə ötən dövrdə 14800 mənzil və fərdi ev verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər