Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Vaşinqtondakı atışma zamanı güllə agenti telefon və jilet sayəsində xilas etdi

2 dəq
Paylaş:
Vaşinqtondakı atışma zamanı güllə agenti telefon və jilet sayəsində xilas etdi

ABŞ-də Ağ Ev müxbirlərinin illik şam yeməyi zamanı baş verən atışma ilə bağlı yeni detallar açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Bildirilib ki, hadisə aprelin 25-i axşamı Vaşinqton Hilton otelində keçirilən tədbir zamanı baş verib.

Məlumata görə, 31 Koul Allen adlı şəxs nəzarət məntəqəsinə hücum edərkən silahlı olub və üzərində ov tüfəngi, tapança və bir neçə bıçaq daşıyıb.

Qeyd edilib ki, o, bir neçə dəfə atəş açıb və açılan güllələrdən biri ABŞ agentinə dəyib.

Bildirilib ki, medianın yaydığı məlumata əsasən, agentin mobil telefonu və gülləkeçirməz jileti sayəsində dayandırılıb və onun həyatı xilas edilib.

Məlumata görə, hadisədən sonra qüvvələri hücumçunu zərərsizləşdirərək saxlayıb.

Qeyd olunub ki, ABŞ Prezidenti Donald Tramp hadisə zamanı yaralanan agentlə bağlı danışaraq onun vəziyyətinin yaxşı olduğunu bildirib və onun cəsarətini tərifləyib.

Bildirilib ki, otelin foyesində qısa, lakin gərgin atışmadan sonra vəziyyət nəzarət altına alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax