"Gürcüstan Azərbaycanla möhkəm dostluğu və tərəfdaşlığı yüksək qiymətləndirir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.
"Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan özünü qlobal miqyasda mühüm dövlət kimi təsdiqlədi. O, ölkələrimiz arasında əlaqələrin inkişafında həlledici rol oynayıb. Gürcüstan Azərbaycanla möhkəm dostluğu və tərəfdaşlığı yüksək qiymətləndirir. Biz xalqlarımızın firavanlığı naminə bu əlaqələri daha da dərinləşdirməyə hazırıq", - məktubda vurğulanıb.