Sabiq deputat Nazim Bəydəmirliyə ittiham elan olunub, 4 aylıq həbs edilib

Sabiq deputat Nazim Bəydəmirliyə ittiham elan olunub, 4 aylıq həbs edilib
05.07.2023 15:59
Aa
dəq

Sabiq deputat Nazim Bəydəmirliyə istintaq orqanı tərəfindən verilən ittiham məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi xəbərə görə, sabiq deputata Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə ittiham elan olunub və barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib.

Nərimanov rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə baxılıb. Məhkəmə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib: “Vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir”.

Həftənin ən çox oxunanları

Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb
DAVAMIN OXU davamın oxu

İrandan Azərbaycana gətirilən narkotiki satmaqda şübhəli bilinən şəxs tutulub

İrandan Azərbaycana gətirilən narkotiki satmaqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu

Bakıda motosiklet piyadanı vurub

Bakıda motosiklet piyadanı vurub
DAVAMIN OXU davamın oxu

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
DAVAMIN OXU davamın oxu

Azərbaycanda polis zabiti faciəli şəkildə öldü

Azərbaycanda polis zabiti faciəli şəkildə öldü
DAVAMIN OXU davamın oxu