Operativ Məlumat Mərkəzi

Sabah hava yağmursuz olacaq

1 dəq
Paylaş:
Sabah hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında fevralın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya...

Bakıda və Abşeron yarımadasında fevralın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM" -ə verilən məlumata görə, bəzi yerlərdə arabir duman olacaq.

Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə arabir duman gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər