Dumanlı hava ilə bağlı XƏBƏRDARLIQ - YENİLƏNİB

Dumanlı hava ilə bağlı XƏBƏRDARLIQ - YENİLƏNİB
27.02.2023 11:45
Aa
dəq

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Sabirabad, Salyan, Neftçala, Biləsuvar rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb və bu da sürücülərə ciddi çətinliklər yaradır.

"Qeyd olunanları nəzərə alaraq bütün sürücülərdən sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik" - məlumatda qeyd olunub.

11:06 ***

“Dumanlı hava şəraiti ilə bağlı sürücülərə əsas tövsiyəmiz budur ki, ara məsafəsinə, sürət həddinə diqqət yetirsinlər. Ən vacib olan budur”.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

Onun sözlərinə görə, dumanlı havada görmə məsafəsi aşağı düşür: “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsində meteoroloji vəziyyət dəyişdikdə sürücülərin nələrə diqqət yetirməli olduqları məhz bu məsələrdə xüsusi olaraq göstərilib. Sürücülərdən yollarda piyadalara qarşı diqqətli olmalğı və duman əleyhinə olan işıqlardan təyinatı üzrə istifadə etməyi xahiş edirik!

Həftənin ən çox oxunanları

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu