Operativ Məlumat Mərkəzi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb- YENİLƏNİB

2 dəq
Paylaş:
Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb- YENİLƏNİB
Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub. "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə,...

Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, saat 17:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 77,97 % olub.

Saat 17:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 25 saylı Nizami İkinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 44.74 % olub.

***

Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, saat 15:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 71,25 % olub.

Saat 15:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 25 saylı Nizami İkinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 40,08 % olub.

Qeyd edək ki, saat 15.00-a qədər respublika üzrə 3 922 187 nəfər səs verib, seçici fəallığı 60.54 faiz olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər