Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

WUF13 xüsusi zolaqları sabahdan tətbiq olunur

2 dəq
Paylaş:
WUF13 xüsusi zolaqları sabahdan tətbiq olunur

Sabahdan Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı bir sıra küçə və prospektində təşkil edilmiş müvəqqəti xüsusi hərəkət zolaqları qüvvəyə minir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, həmin yerlərdə bunu bildirən 5.9 - "ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq" xüsusi yol nişanlarının quraşdırılmasına başlanılıb və mayın 15-dən bu ilə işarələnən müvəqqəti zolaqlar qüvvəyə minir.

Müvəqqəti xüsusi zolaqlar prospekti - Aeroport şosesi, Abbasqulu ağa Bakıxanov, Yusif Səfərov, Mehdi Abbasov, Mikayıl Əliyev və Mikayıl Müşfiq küçələrini əhatə edir.

Qanunvericiliyə əsasən, bu zolaqlar avtobus zolaqları statusuna malikdir və qüvvədə olma müddətində buraya daxil olan digər nəqliyyat vasitələrinə cərimə tətbiq ediləcək.

Tədbir bitəndən sonra nişanlar yığışdırılacaq və yenidən bütün nəqliyyat vasitələri müvəqqəti yaradılan zolaqlara daxil ola biləcəklər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax