Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit yüklər daşınıb

1 dəq
Paylaş:
Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit yüklər daşınıb

Rusiyadan Ermənistana ərazisindən istifadə edilməklə növbəti yük daşınması icra olunub. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, 126 (2 vaqon) və 67 ton un (1 vaqon) "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.

Yük qatarı Böyük Kəsik stansiyası vasitəsilə Gürcüstan ərazisinə, oradan isə Ermənistana çatdırılacaq. Qeyd edək ki, bu marşrutla aşağıdakı həcmdə yüklər daşınıb:

  • 28 min tondan çox taxıl;
  • 4 min tondan çox gübrə;
  • 133 ton alüminium;
  • 68 ton qarabaşaq.

Bundan başqa, Azərbaycan üzərindən Ermənistana neft məhsullarının ixracı da həyata keçirilir. İndiyədək bu istiqamətdə 10 min tondan çox dizel, 979 ton Aİ-92 və 2955 ton Aİ-95 markalı benzin nəql olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax