Rusiya Rusiya Qızıl Xaç Cəmiyyəti İrana beş metrik ton humanitar yardım göndərib.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Pavel Savçuk TASS-a bildirib.
Bildirilib ki, Dağıstan regional bölməsi və digər yerli bölmələr hakimiyyət orqanlarının dəstəyi ilə humanitar yardım toplamaq üçün kampaniya başladıb.
Qeyd olunub ki, İran üçün ümumilikdə beş ton yardım toplanaraq ölkə daxilində humanitar yardımı qəbul edən İran Qızıl Aypara Cəmiyyətinə göndərilib.
Məlumata görə, Savçuk göndərilən yardımların tibbi ləvazimatlar və əsas ehtiyac vasitələrindən ibarət olduğunu bildirib.
Bildirilib ki, İran Qızıl Aypara Cəmiyyəti mart ayının sonlarında ABŞ-İsrail hücumları nəticəsində ölkədə 105 mindən çox mülki obyektin zərər gördüyünü açıqlayıb.