Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiya Ukraynada hərbi infrastrukturu hədəf aldı

2 dəq
Paylaş:
Rusiya Ukraynada hərbi infrastrukturu hədəf aldı

Silahlı Qüvvələri ötən gecə ərazisində hərbi infrastruktura qarşı genişmiqyaslı zərbələr endirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, zamanı dəniz, hava və quru bazalı yüksək dəqiqlikli uzaqmənzilli silahlardan, eləcə də pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunub.

Bildirilib ki, hücumlar və Lvov şəhərləri, həmçinin İvano-Frankivsk, Jitomir, Rivne, Vinnitsa və Dnepropetrovsk vilayətlərində yerləşən hərbi aerodromlara, müdafiə sənayesi müəssisələrinə, hərbi telekommunikasiya qovşaqlarına və logistika mərkəzlərinə yönəldilib.

Nazirliyin açıqlamasına əsasən, hədəfə alınan obyektlər raket sistemləri və PUA-ların istehsalı, saxlanılması və daşınması, eləcə də hava məkanına nəzarət sistemlərinin idarə olunması üçün istifadə edilirdi.

Məlumata görə, hücumlar zamanı "Yujnıy" limanında yerləşən bir quru yük gəmisi, eləcə də Odessa vilayətinin şərq və cənub istiqamətlərində silah və hərbi texnika daşıdığı iddia edilən daha iki gəmi də zərərsizləşdirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax