Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib
21.09.2024 12:11
Aa
dəq

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüşdə" iştirak etmək məqsədilə Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş Hərbi Polis İdarəsi rəisinin müavini general-mayor Kox Vitaliyin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

Müdafiə Nazirliyindən  "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, qonaqlar əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzərək xatirələrinə ehtiram nümayiş etdiriblər.

Sonra Hərbi Polis İdarəsinə gələn Rusiya nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin idarənin ərazisində ucaldılmış büstü önünə gül dəstələri qoyaraq xatirəsini hörmət və ehtiramla anıb.

Hər iki ölkənin nümayəndə heyətinin iştirakı ilə keçirilən görüşdə qonaqlara Hərbi Polis İdarəsinin tarixi və gündəlik fəaliyyəti, maddi-texniki təchizat və təlim proqramı barədə brifinq təqdim olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Rusiya nümayəndə heyəti, həmçinin hərbi polis bölmələrinin istifadəsində olan müasir silah və texnika, inzibati bina, idman zalı və avtomobil parkı ilə tanış olub.

Rusiyalı qonaqlar səfər çərçivəsində Hərbi Polis İdarəsinin tabeliyində olan "N" hərbi hissəsini ziyarət edib, təlim poliqonunda hərbi polis bölmələrinin yaşayış məntəqəsi və hərbi obyektlərdə axtarış-xilasetmə fəaliyyəti, silahlıların zərərsizləşdirilməsi və hərbi əsirlərin təxliyə olunması üzrə nümayiş məşğələsini izləyiblər.

Həftənin ən çox oxunanları

Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb - YENİLƏNİB

Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşüb

Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşüb
DAVAMIN OXU davamın oxu

Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək beynəlxalq təlimlərə qatılacaq

Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək beynəlxalq təlimlərə qatılacaq
DAVAMIN OXU davamın oxu

Türkiyənin Baş Qərargah rəisi Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanını qəbul edib - YENİLƏNİB

Türkiyənin Baş Qərargah rəisi Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanını qəbul edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Aqil Qurbanovun Çinə gedib

Aqil Qurbanovun Çinə gedib
DAVAMIN OXU davamın oxu