Operativ Məlumat Mərkəzi

Rusiyada 43 yaşlı azərbaycanlı güllələnərək qətlə yetirilib

1 dəq
Paylaş:
Rusiyada 43 yaşlı azərbaycanlı güllələnərək qətlə yetirilib
hadisə ötən gün Leninqradın Novosaratovka kəndində qeydə alınıb. Azərbaycan vətəndaşı naməlum şəxslə mübahisə edib. Bu zaman tapançadan açılan atəş...

Rusiyada silahlı insident zamanı 43 yaşlı azərbaycanlı qətlə yetirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün Leninqradın Novosaratovka kəndində qeydə alınıb.

Azərbaycan vətəndaşı naməlum şəxslə mübahisə edib. Bu zaman tapançadan açılan atəş zamanı azərbaycanlı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq zərərçəkən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb. Hazırda hadisəni törədən şəxsin kimliyini müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər