Rusiya-Ukrayna müharibəsi nə vaxt bitəcək? - AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi nə vaxt bitəcək? - AÇIQLAMA
16.08.2024 14:45
Aa
dəq

Məlum olduğu kimi, avqustun 6-da Ukrayna hərbçiləri gözlənilmədən Rusiyanın Kursk vilayətinə hücum edərək 30-35 kilometrədək irəliləyə biliblər. 30-a qədər yaşayış məntəqəsi ələ keçirilib. Yüzlərlə hərbçi əsir götürülüb. On minlərlə sakin isə təxliyə olunub. Bütün bunlar onu göstərir ki, Rusiya-Ukrayna arasında davam edən müharibə yeni bir mərhələyə daxil olub.

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan politoloq Tural İsmayılov bildirib ki, Rusiya-Ukrayna müharibəsində bizim gördüyümüz ənənəvi hal burada baş vermədi. Artıq alternativ yeni variantlar və mənzərə təsvirlərin savaşı gedir.

"Faktiki olaraq son zamanlar Rusiya ilə Ukrayna arasında artan gərginliyin səbəbi, Rusiyanın Ukraynaya təklif etdiyi danışıqlarla razılaşmaması, geri addımlar atması və Rusiya Ukrayna tərəfindən gələn təkliflərə üz çevirməklə məşğul olmasıdır".

Tural İsmayılov: “Azərbaycan Prezidenti humanizmi ilə bütün liderlərə  örnəkdir” | 1news.az | Xəbərlər

Politoloq qeyd edib ki, eyni zamanda Ukrayna da Rusiyanın onun işğal edilən ərazilərindən çıxmasını istəyir. Ancaq görürük ki, Rusiyadan Donbassı Ukraynaya qaytarmaq kimi bir perspektivi mövcud deyil.

Kursk ərazisinin Ukrayna tərəfindən tutulmasının müharibədə yeni şərtlər yaradacağını deyən Tural İsmayılov bildirib ki, artıq Ukrayna özünün işğalı altında olan ərazilərinin qaytarılması üçün savaşmır, Rusiya ərazilərini ələ keçirərək, Rusiya ilə müharibənin sonrakı gedişində ərazilərin mübadiləsini həyata keçirməyə çalışır. Həmin ərazilərin də hazırda Ukraynanın nəzarəti altında olan bölgələr var, Ukrayna bütün canlı qüvvəsi ilə Kursk, Belqorod kimi şəhərlər ətrafında davam etdirdiyi psixoloji təzyiq həddini daha da artıracaq.

“Təbii ki, yaxın zamanlarda Rusiya-Ukrayna müharibəsinin bitəcəyini düşünmürəm. Bu vəziyyətin uzun bir müddətə sirayət edəcəyi labüddür”,- deyə siyasi şərhçi vurğulayıb.

Digər həmsöhbətimiz siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli bildirib ki, Rusiya-Ukrayna müharibəsində yeni mərhələni səciyyələndirən əsas cəhət ondan ibarətdir ki, artıq Ukrayna Rusiyanın hərbi müdaxiləsinə cavab olaraq yalnız öz ərazilərində deyil, həm də Rusiyanın ərazilərində müqavimət göstərməyə başlayıb.

Mətin Məmmədli: “Ermənistan Azərbaycana qarşı xeyli hərbi cinayətlər  törədib”

Siyasi şərhçi  hesab edir ki, konkret olaraq Ukraynanın Kursk əməliyyatı, bir sıra hərbi-taktiki və siyasi məqsədləri var və hərbi-taktiki məqsədlər sırasında Ukrayna ilk növbədə Ukraynanın şərqində cəmləşmiş böyük həcmli Rusiya qüvvələrini tədricən həmin bölgədə zəiflətmək məqsədi daşıyır.

"Yəni, hər halda Kiyevdə düşünürlər ki, müharibə arealını genişləndirməklə Ukraynanın şərqindəki Rusiya qüvvələrinin də gücünü zəiflətmək olar. Artıq son günlər verilən bəzi məlumatlara görə, Donetskdən, Xarkovdan, Xersondan bir sıra Rusiya hərbi qüvvələri çıxarılaraq, Kurska göndərilir. Bu da səbəbsiz deyil. Çünki, Rusiyanın da müəyyən canlı qüvvə rezerv problemi var. Yəni, canlı qüvvəsinin əksəriyyəti hazırda Ukraynanın şərqindədir. Görünən odur ki, bundan da istifadə edən Ukrayna hərbi qüvvələri məhz Rusiyanın gözləmədiyi yerdən Rusiya ərazisinə hücuma keçib.

Hər halda yaxın günlərdə düşünmürəm ki, Rusiya Kurskda ciddi dönüş yarada bilsin. Əlbəttə ki, Rusiya çalışacaq ki, yaxın perespektivdə yeni qüvvələr oraya cəlb etsin ki, Ukrayna hərbi qüvvələrini Kurskdan çıxarsın. Ancaq buna nə dərəcədə nail olacaq əlbəttə ki, bu da sual doğurur.

Ukrayna Kursk hərbi əməliyyatının siyasi məqsədi, ilk növbədə Rusiya daxilində destabilizasiya yaratmaq, ölkə daxilində anarxit proseslərə rəvac vermək, eyni zamanda gələcəkdə danışıqlar prosesində Ukrayna üçün sərfəli şərait yaratmaqdır ki, bu da hesab edirəm ki, Ukraynanın əsas siyasi məqsədlərindən biridir".

Şərhçi bildirib ki, Rusiyanın gücü, resurslarını tamamilə tükənmək üzrə olduğunu deyə bilmərik, çünki Rusiyanın kifayət qədər böyük gücü, resursları var. Baxmayaraq ki, bu resursların həm siyasi, həm iqtisadi cəhətdən bəlli bir miqyası var. Son aylarda müəyyən mənada onlar da tükənmək üzrədir. Ancaq bunu demək olmaz ki, tamamilə Rusiya tükənib və müharibəni aparmaq qabiliyyəti yoxdur. Düşünürəm ki, bir müddət də Rusiya müharibə apara bilər, onu nəzərə almaq lazımdır ki, Rusiyanın da Çin, İran kimi dünyada birbaşa və ya dolayı dəstəkləyən dövlətlər var. Bu da, Rusiyanın müharibə aparmağına imkan verir.

Russia-Ukraine War | Casualties, Map, Causes, & Significance | Britannica

Müharibənin yaxın zamanlarda bitməyəcəyini vurğulayan politoloq vurğulayıb ki, müharibənin bitməsi, müharibənin taleyi cəbhədə həll olunur. Cəbhədə yaranmış vəziyyət isə odur ki, status kvoda ciddi dəyişiklik baş vermir. Ukrayna cəbhəsində, Ukraynanın şərqində, eyni zamanda Ukrayna Kurskda yeni cəbhə açsa da, görünən odur ki, bu tərəflərin mövqeyinə əhəmiyyətli dərəcədə təsir göstərmir. Cəbhədə ciddi dönüş yaranacaqsa, xüsusilə (Ukraynanın şərq ərazilərində) burada danışıqlar prosesinədəki iki ölkə arasında gələcəkdəki danışıqlar prosesinə də əhəmiyyətli təsir göstərə bilər. Ya Rusiya öz məqsədlərini hərbi planda həyata keçirməlidir, ya da Ukrayna əks-həmlə edib Rusiya qüvvələrini ölkədən çıxarmalıdır. Bu istiqamətdə də hələki ciddi bir dəyişiklik baş vermir, ona görə də iki tərəfin də hazırkı mövqeyi onu deməyə əsas verir ki, tərəflər hələ sülhdən xeyli uzaqdırlar. 

“Eyni zamanda da, Ukraynanın qərb blokları tərəfindən çox böyük iqtisadi, siyasi, kəşfiyyat dəstəkləri var. Bütün bunlar da Ukraynanın müharibəni davam etdirməsinə imkan verir. Ukrayna nəzərə almaq lazımdır ki, dünyanın ikinci böyük ordusu ilə müharibə aparır və belə bir ordu ilə, dövlətlə müharibə etmək sadə məsələ deyil. Bu, böyük resurslar, iqtisadi, potensial, güc tələb edir. Görünən odur ki, Ukraynaya tam həcmdə olmasa da, Ukraynanın istədiyini tam doğrultmasa da Qərb tərəfindən kifayət qədər dəstək alır”, - deyə ekspert sonlandırıb.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu