2023-cü ilin sonunda Rusiya Türkiyəyə qaz tədarükündə üçüncü yeri tutub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə RİA Novosti məlumat verib.
Türkiyə keçən il 21 ölkədən qaz alıb. Əsas idxalçılar Əlcəzair (1,8 milyon ton), ABŞ (1,1 milyon ton), Rusiya (629 min ton), Qazaxıstan (265 min ton) və Nigeriya (105,4 min ton) olub. İlk beşlik tədarüklərin 99,78%-ni təşkil edib.
İstanbul həmçinin Cənubi Koreya, Yunanıstan, İran, BƏƏ və Honq Konqdan yanacaq alıb. Fransa, Rumıniya, Tunis, İraq və Danimarka tədarükünü dayandırıb.