Rusiya Qəzza əhalisinə 20 tondan çox humanitar yardım göndərəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Rusiya Fövqəladə Hallar Nazirliyinin aviasiyası ümumi çəkisi 20 tondan çox olan, tərkibində qida və zəruri əşyalar olan humanitar yükü Qəzzaya çatdıracaq".
Humanitar yardım Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə veriləcək və onlar Qəzza zolağına göndəriləcəklər.