Operativ Məlumat Mərkəzi

Ukrayna ordusu Rusiya ərazisinə PUA hücumu edib - YENİLƏNİB

1 dəq
Paylaş:
Ukrayna ordusu Rusiya ərazisinə PUA hücumu edib - YENİLƏNİB

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinin Jeleznoqorsk şəhərinə də pilotsuz uçuş aparatları ilə hücum edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə vilayətin qubernatorluğundan bildirilib.

Məlumata görə, yanacaq və sürtkü materialları anbarı hədəf alınıb.

***

Ukrayna ordusu bu gün səhər saatlarında Rusiyanın Voronej bölgəsindəki Baltimor hərbi aerodromuna pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Qeyd olunub ki, PUA-lar hərbi obyektdən bir neçə kilometr aralıda vurulub.

Voronejdəki Baltimor hərbi aerodromuna da hücum olub.

Bundan əlavə, daha 2 PUA ilə bölgənin Anninski bələdiyyə rayonundakı neft bazasına hücum cəhdi olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər