Əsas məzmuna keç

"ABŞ İranın hücumlarına tankerləri batırmaqla cavab verəcək"

"ABŞ İranın hücumlarına tankerləri batırmaqla cavab verəcək"

Dövlət katibi Marko Rubio SEPAH-ın İordaniyadakı bazaya raket zərbələri sonrası Tehranın neft gəmilərinin məhv ediləcəyini açıqladı. Bölgədə vəziyyət gərginləşir.

ru en

ABŞ Vaşinqtonun İranın hücumlarına cavab olaraq İran tankerlərini batıracağını bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

“İran ABŞ Dəniz Qüvvələrinin gəmilərinə zərbələr endirməyə cəhd göstərməkdə davam edir. Onlar bunu etdikləri və ya etməyə çalışdıqları hər dəfə tankerlərini itirirlər", - Rubio bildirib.

Bu açıqlamadan sonra İran və ABŞ arasında yeni qarşılıqlı zərbələr baş verib. İordaniyada yerləşən ABŞ hərbi bazasına ballistik raketlər buraxıldığını, həmçinin 10 gəminin batırıldığını açıqlayıb. ABŞ isə İranın beş neft tankerinin batırıldığını bildirib.

Tərəflərin açıqlamaları bölgədə gərginliyin daha da artdığını göstərir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…