Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu portuqaliyalı hücumçu Kriştianu Ronaldu ilə yollarını ayırmağa hazırlaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, komanda 41 yaşlı ulduz futbolçunun cari mövsümün sonunda komandadan ayrılmasına yaşıl işıq yandırıb.
"Əl-Nəsr" İspaniya millisinin üzvü ilə maraqlanır
Qeyd edilib ki, "Əl-Nəsr" rəhbərliyi Ronaldunun gedişindən sonra yaranacaq boşluğu dünya futbolunun digər tanınmış simaları ilə doldurmağı planlaşdırır.
Namizədlər arasında "Liverpul"un hücumçusu Məhəmməd Salah və "Manchester United"in yarımmüdafiəçisi Brunu Fernandeş yer alır.
Qeyd edək ki, son dövrlər Ronaldu ilə klub arasında gərginlik yaşanmaqdadır. Təcrübəli forvardın klubun transfer siyasətindən narazı qaldığı və bu səbəbdən son iki matçda iştirakdan imtina etdiyi bildirilir.
Xatırladaq ki, ulduz futbolçu bir müddət əvvəl komandanın heyətində yer almayaraq özünəməxsus boykot nümayiş etdirmişdi.