Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-nin diplomatik korpusunda kadr böhranı: Tramp administrasiyasının qərarları səfir postlarını boş qoyub

2 dəq
Paylaş:
ABŞ-nin diplomatik korpusunda kadr böhranı: Tramp administrasiyasının qərarları səfir postlarını boş qoyub

ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən həyata keçirilən kadr dəyişiklikləri xidmətdə ciddi boşluqlar yaradıb. "NBC News" telekanalının yaydığı məlumata görə, son bir il ərzində 2000 yüksək vəzifəli və sıravi işdən çıxarılıb və ya məcburi qaydada təqaüdə göndərilib.

Mənbə qeyd edir ki, bir çox diplomat məsələ ilə bağlı açıq danışmaqdan çəkinsə də, bəzi şəxslər vəziyyəti ictimailəşdirib. Bunlardan biri 2024-cü ildə ABŞ-nin Moldovadakı səfiri vəzifəsinə təsdiqlənən, 30 illik təcrübəyə malik Kelli Adams-Smitdir. 2025-ci ilin fevralında Tramp administrasiyası onun təyinatını ləğv edib. Dövlət Departamentində başqa uyğun vəzifə təklif olunmayan diplomat istefa verməyə məcbur qalıb, onun diplomat həyat yoldaşı da xidmətdən ayrılmaq qərarına gəlib.

Departamenti ixtisarlarla bağlı dəqiq rəqəmləri açıqlamasa da, diplomatik korpusda ciddi kadr çatışmazlığı müşahidə olunur. Hazırkı vəziyyət aşağıdakı kimidir:

  • Avropada 17 səfir vəzifəsi boşdur (33 ölkədə səfir fəaliyyət göstərir).
  • Afrikada 41 ölkədə ABŞ səfiri yoxdur.
  • Asiya və Okeaniya regionunda 23 ölkədə səfir postu boşdur.
  • Şimali və Cənubi Amerikada 17 ölkədə ABŞ-ni təmsil edən səfir fəaliyyət göstərmir.

Ekspertlər hesab edirlər ki, yaranan bu boşluqlar Vaşinqtonun arenadakı təsir imkanlarını məhdudlaşdıra və xarici siyasət fəaliyyətinə mənfi təsir göstərə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax