Xocavənd şəhərində təmir olunmuş fərdi evə Azərbaycan Prezidenti Administrasiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvləri tərəfindən baxış keçirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, qərargahın üzvlərinə evdə yaradılan şərait barədə məlumat verilib.
Qeyd edək ki, bu gün Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində növbəti iclas keçirilib.