Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İtkin düşmüş 267 şəhidin qalıqları ailələrinə təhvil verilib

2 dəq
Paylaş:
İtkin düşmüş 267 şəhidin qalıqları ailələrinə təhvil verilib

İndiyədək Birinci və İkinci müharibəsində itkin 267 nəfərin qalıqları ailələrinə təhvil verilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Belə ki, cari ildə ailələrinə təhvil verilmiş və dəfn olunanların sayı 85 nəfər olub. Onlardan 21-i avqustda, 64-ü cari ilin yanvar-avqust aylarında dəfn edilib.

Bu günədək 910 şəxsə aid insan qalıqları tapılaraq ekshumasiya olunub. Bunlardan 5-i cari ilin avqust ayında, 79-u isə ilin yanvar-avqust ayları ərzində aşkarlanıb.

DNT və məhkəmə-tibbi üsullarla müəyyən edilmiş 328 itkin düşmüş şəxsin kimliyi müəyyən edilib ki, bunun da 57-si cari ilin ilk 8 ayında reallaşıb.

Bununla yanaşı, azad edilmiş ərazilərdə aparılan araşdırmalar zamanı indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb.

Məlumatda həmçinin vurğulanıb ki, - münaqişəsi nəticəsində 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş kimi qeydiyyatdadır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə