Andrey Lunin oyun praktikasının olmaması səbəbindən "Real Madrid"dən ayrılmaq istəyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, La Liqanın bitən mövsümündə 24 yaşlı qolkiper cəmi 7 oyun keçirib, müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.
Madrid Lunini əvəzləmək üçün iyunun 30-da azad agent olacaq qapıçı David Sorianı almaq istəyit
Lakin qeyri-rəsmi məlumatlara görə, 30 yaşlı ispan artıq “Xetafe” ilə müqaviləni uzadıb.