"Real Madrid" "Liverpul"a, "Napoli" "Ayntraxt"a qalib gəlib

"Real Madrid" "Liverpul"a, "Napoli" "Ayntraxt"a qalib gəlib
22.02.2023 02:01
Aa
dəq

UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hər iki görüşdə qonaqlar qələbə qazanıblar.

Gecənin ən prinsipial matçı İngiltərədə "Liverpul"la İspaniya "Real Madrid"i arasında baş tutub. "Kral klubu" çətin səfərdə rəqibini 5:2 hesabı ilə məğlub edib.

Gecənin digər matçında isə ÇL-in iddialı kollektivlərindən İtaliya "Napoli"si Almaniyada "Ayntraxt"ın qapısından 2 cavabsız top keçirib. 36-cı dəqiqədə Neapol təmsilçisindən Xviça Kvaratsxeliya penaltini dəqiq yerinə yetirə bilməyib. 58-ci dəqiqədə isə meydan sahiblərindən Rendal Kolo-Muani qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
21 fevral

00:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 2:5
Qollar: Darvin Nunyes, 4. Məhəmməd Salah, 14 - Vinisius Junior, 21; 36. Eder Militau, 47. Kərim Benzema, 55; 67
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Liverpul, "Enfild" stadionu

00:00. "Ayntraxt" (Almaniya) - "Napoli" (İtaliya) - 0:2
Qollar: Viktor Osimhen, 40. Covanni di Lorentso, 65
İstifadə edilməyən penalti: Xviça Kvaratsxeliya, 36 ("Napoli")
Qırmızı vərəqə: Rendal Kolo-Muani, 58 ("Ayntraxt")
Baş hakim: Artur Diaş (Portuqaliya)
Frankfurt, "Frankfurt" stadionu.

Qeyd edək ki, 1/8 finalın əvvəlki oyunlarında "Milan" İtaliyada İngiltərə "Tottenhem"inə, Almaniya "Bavariya"sı Fransa PSJ-yə, Dortmund "Borussiya"sı Almaniyada İngiltərənin "Çelsi" klubuna 1:0, Portuqaliya "Benfika"sı isə Belçikada "Brügge"yə 2:0 hesabı ilə qalib gəlib.

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu