Azərbaycanda aprelin 7-də hava şəraitinin dəyişkən olacağı və arabir yağış yağacağı gözlənilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ən son proqnozu Milli Hidrometeorologiya Xidməti yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
- Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-18° isti olacaq.
- Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək.
- Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycan rayonlarında bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında yağıntıların intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var.
Axşama doğru yağıntlar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq və mülayim şərq küləyi əsəcək.
- Havanın temperaturu gecə 10-13° isti, gündüz 17-22° isti olacaq.
- Dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti olacaq.