Operativ Məlumat Mərkəzi

Rabitə kabeli oğurlayanlar saxlanılıb

1 dəq
Paylaş:
Rabitə kabeli oğurlayanlar saxlanılıb
Paytaxt ərazisində yerləşən rabitə quyularından birindən 3200 manat dəyərində kommunikasiya kabelinin oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin...

Paytaxt ərazisində yerləşən rabitə quyularından birindən 3200 manat dəyərində kommunikasiya kabelinin oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Vüsal Fidayev, Ramil İsmayılov və Şəmsəddin Dadaşov müəyyən olunaraq saxlanılıblar.

Onların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Saxlanılanların qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa bu barədə polisə məlumat verə bilərlər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər