Operativ Məlumat Mərkəzi

Qəbələdə ana və qızına xəsarət yetirməkdə şübhəli bilinən qadın saxlanılıb

1 dəq
Paylaş:
Qəbələdə ana və qızına xəsarət yetirməkdə şübhəli bilinən qadın saxlanılıb

Oktyabrın 17-si saat 20:30 radələrində Qəbələ şəhər sakini Elnarə Tahirovanın və onun 17 yaşlı qızının kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilmələri barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə ana və qızına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Salatın Əhmədiyyəzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər