Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qətər İranın Azərbaycana dron hücumunu rəsmi şəkildə pislədi

2 dəq
Paylaş:
Qətər İranın Azərbaycana dron hücumunu rəsmi şəkildə pislədi

Dövləti, Azərbaycanın hava limanına İranın pilotsuz uçuş aparatları (PUA) ilə endirilən zərbələri qətiyyətlə pisləyir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Qətər Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

Bəyanatda vurğulanıb ki, rəsmi Doha qardaş Respublikasına ballistik raketlə zərbə endirmək cəhdini və Respublikasında mülki infrastruktura — hava limanına İran PUA-ları ilə edilən hücumları qəbuledilməz sayır.

"Belə düşmənçilik hərəkətləri təhlükəli eskalasiya və dövlətlərin suverenliyinin kobud şəkildə pozulması, eləcə də regionun təhlükəsizliyi və sabitliyinə birbaşa təhdiddir", - deyə sənəddə bildirilib.

Qətər XİN xəbərdarlıq edib ki, İran İslam Respublikasının yeni cəbhələr açmağa davam etməsi və qonşu ölkələrlə münasibətlərdə gərginliyi artırması son dərəcə təhlükəlidir.

Nazirlik bu məsuliyyətsiz siyasəti dərhal dayandırmağa, mehriban qonşuluq və hüquq prinsiplərinə riayət edərək region xalqlarının maraqlarını üstün tutmağa çağırır.

"Nazirlik Qətər Dövlətinin qardaş TürkiyəAzərbaycanla tam həmrəyliyini, həmçinin onların öz suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün həyata keçirdikləri bütün tədbirlərə dəstəyini ifadə edir", - bəyanatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax