QAİ BMT Təhlükəsizlik Şurasının iclasına münasibət bildirib

QAİ BMT Təhlükəsizlik Şurasının iclasına münasibət bildirib
Qərbi Azərbaycan
22.09.2023 10:05
Aa
dəq

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 2023-cü il sentyabrın 21-də keçirilmiş iclası Ermənistanın və onun bəzi havadarlarının beynəlxalq hüquqa zidd, ikiüzlü və Azərbaycanofob siyasətlərinin iç üzünü göstərmişdir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə İcmadan məlumat verilib.

“İlk öncə vurğulayaq ki, Azərbaycanın öz ərazisində apardığı anti-terror tədbirləri ilə bağlı Ermənistanın və Fransanın BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaları onların beynəlxalq hüququn norma və prinsiplərinə, ilk növbədə isə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və daxili işlərinə qarışmama prinsiplərinə ziddir. Ermənistanın Baş nazirinin Azərbaycanın öz ərazisində apardığı tədbirlərə müdaxilə etməyəcəyini bəyan etməsi ilə məsələnin beynəlxalq təhlükəsizlik aspekti və bununla da BMT Təhlükəsizlik Şurasının bu mövzuda iclas keçirməsinin nəzəri əsasları belə aradan qalxmışdı.

Ermənistanın Baş nazirinin sözügedən anti-terror tədbirlərinin Qarabağda yaşayan ermənilərin həyatı üçün təhlükə törətmədiyini və mülki əhali arasında kütləvi tələfat barədə iddiaların əsassız olduğunu bildirməsi fonunda bu ölkənin xarici işlər nazirinin BMT Təhlükəsizlik Şurasında Qarabağda mülkilərə qarşı guya təhdidlərin olmasını iddia etməsi bu dövlətin siyasətində səbatsızlığı və ikiüzlülüyü bir daha nümayiş etdirir.

Almaniya, Fransa və Avropa İttifaqının iclasda və ondan əvvəl nümayiş etdirdikləri mövqe bu qüvvələrin bir tərəfdən regionda davamlı sülhün bərqərar olması perspektivinin yaxınlaşmasından narahat olduqlarını, digər tərəfdən isə onların Azərbaycana və azərbaycanlılara qarşı dini və etnik nifrət əsasında ayrı-seçkiliklərini göstərir.

Biz Ermənistanın və onun havadarlarının insan hüquqları və beynəlxalq humanitar hüquq məsələsində nümayiş etdirdikləri riyakar və destruktiv yanaşmanı sərt şəkildə qınayırıq.

Həftənin ən çox oxunanları