Putinin Bakıya səfəri Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına necə təsir edəcək? - AÇIQLAMA

Putinin Bakıya səfəri Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına necə təsir edəcək? - AÇIQLAMA
19.08.2024 15:49
Aa
dəq

Azərbaycan və Rusiya arasında iqtisadi münasibətlər müstəqilliyi bərpa etdikdən sonra yüksələn xətlə inkişaf edib. Rusiya vaxtilə SSSR-də Azərbaycanla ümumi bir yerdə olduğu üçün iki ölkənin iqtisadiyyatı bir-birinə yad deyil. Təsadüfi deyil ki, bu gün Rusiya Azərbaycanın üçüncü əsas ticarət tərəfdaşlarından biridir.

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan politoloq Asif Nərimanlı bildirib ki, Rusiyaya qoyulan sanksiyalara baxmayaraq, bu iqtisadi inkişaf yüksələn xətlə davam edir və Azərbaycanla Rusiya arasında xüsusən son dövrlər milli valyuta üzrə ticarət mübadiləsinin aparılması da bu prosesdə əsas amillərdən biridir.

Ekspert qeyd edib ki, iqtisadi əlaqələrin əsasını təşkil edən Şimal-Cənub dəhlizidir. Bu dəhliz Avrasiya nəqliyyat dəhlizlərinin əsas layihələrdən biri hesab edilə bilər. Dəhlizin keçdiyi, birləşdiyi ölkələrə baxdıqda bu, böyük bir coğrafiyanı əhatə edir. Bu layihənin icrası ilə hər şeydən öncə Azərbaycanın Hindistan başda olmaqla Cənub-Şərqi Asiya ölkələrinə çıxışı təmin edilə bilər. Bu da Azərbaycanın nöqteyi-nəzərindən Avrasiyanın nəqliyyat şəbəkəsindəki əsas payını daha da yüksəltməyə imkan verir.

Asif Nərimanlı: "O başqa məsələ ki, İran Azərbaycanı yox, Ermənistanı sevir"

Asif Nərimanlı bu dəhlizin son günlər Rusiya üçün önəmin daha da artırdığından danışıb. Ukrayna müharibəsinin başlanmasından, həmçinin Rusiyaya qarşı sanksiyalardan sonra, yeni bazarlar axtarışında olan Rusiya üçün Şimal-Cənub dəhlizi əsas priotetlərdən biri olub. Rusiya bu dəhlizin reallaşması ilə Azərbaycan üzərindən İrana oradan Fars körfəzi və Cənub-Şərqi Asiya ölkələrinə çıxış əldə etmək istəyir. Nəzərə almaq lazımdır ki, mövcud dünyada Cənub-Şərqi Asiya coğrafiyası əsas bazarlardan birinə çevrilir. Dünyada həm iqtisadi, həm siyasi baxımdan yüksəlişini nəzərə aldıqda bu, böyük bazardır. Hindistan həm də Rusiya üçün qlobal mübarizədə əsas tərəfdaşlardan birinə çevrilə bilər.

“Hazırda bu layihənin bir hissəsi olacaq İranın Rəşt-Astara dəmiryolu xəttinin inşasında yaranan problemlərdir. Nəzərə almaq lazımdır ki, Rusiya Rəşt-Astara dəmiryolu xəttinin bərpasına məhz özü maliyyə ayırıb. Rusiya indiki məqamda bu layihənin icrası üçün tələsir.

Rusiya üçün əsas məqamlardan biri də təkcə, bu layihənin icrasında yaranacaq texniki problemlər deyil, həm də siyasi müstəvidə baş verən problemlərdir. Xüsusən, İran-İsrail arasında gərginlik bu layihənin yaradılmasında müəyyən risklər yaradır. Belə bir qarşıdurmada bu toqquşmanın Cənubi Qafqaza təsirləri ola bilər. Təbii ki, bu qarşıdurma Cənubi Qafqaza təsir edərsə, layihənin həyata keçirilməsində problem yaranacaq, həm də Cənubi Qafqaz Rusiya üçün daxili təhlükəsizlik coğrafiyalarından biridir. Yəni, Cənubi Qafqazda baş verən istənilən qeyri-stabillik Şimali Qafqaz sərhədlərini də təhdid edir. Şimali Qafqazın etnik rəngarəngliyini nəzərə aldıqda, istənilən vaxt həmin bölgədə Rusiyanın daxili təhlükəsizliyini təhdid edən proseslərin baş verməsini də qaçılmaz hala çevirə bilər.

AJMEDIA Azərbaycanca - Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni işçi qrupu  yaradılacaq

Şimal-Cənub nəqliyyat şəbəkəsi Rusiyanın Cənub-Şərqi Asiyaya çıxışını təmin etməklə yanaşı, həm də Avrasiyanın nəqliyyat şəbəkəsində Azərbaycanın daha da ön plana çıxmasını şərtləndirən layihələrdən biri olacaqdır.

Gələcək baxımdan düşündükdə, Orta dəhlizin işə düşməsindən sonra, Şimal-Cənub nəqliyyat şəbəkəsi də işə düşərsə, bu nəinki bizə, həm də Şimal-Cənub layihəsində yer alan ölkələrə imkan verir ki, Avropa bazarına çıxışı da bu istiqamətdə həyata keçirsin”.

Gələcəkdə həm Rusiyanın, həm İranın Avropa bazarına çıxışı orta dəhlizə qoşularaq Azərbaycan üzərindən təmin edilməsini deyən ekspert vurğulayıb ki, Rusiya və İrana qarşı sanksiyalar var, bu cür siyasi sanksiyalar da adətən iqtisadi daşımalara da zərər vurur və yaxud da iqtisadi daşımaları gecikdirir.

Orta Dəhliz işə düşdükdən sonra Rusiya və İrandan gələn yüklər Şimal-Cənub layihəsi ilə Azərbaycana gətirilər və burada Orta dəhlizə qoşularaq Türkiyəyə və oradan Avropa bazarına çıxa bilər. Bu da artıq bütöv Avrasiyanı, Avropanı və Asiya qitəsinin bütün ölkələrini birləşdirən bir nəqliyyat şəbəkəsi olur.

Digər müsahibimiz politoloq Əli Zülfüqaroğlu bildirir ki, Rusiya ilə Azərbaycan əlaqələri xüsusi çəkiyə malikdir. Rusiya Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biridir. Rusiyada 2 milyona yaxın azərbaycanlı yaşayır və fəaliyyət göstərir. Eyni zamanda dünya çapında Rusiyanın kifayət qədər çəkisi var və proseslər ona doğru gedir ki, çoxqütblü dünya formalaşır və çoxqütblü dünyada Rusiyanın xüsusi yeri olacaq. Bu mənada Azərbaycanın son zamanlar apardığı yüksək səviyyəli xarici siyasət Azərbaycanın dünya səviyyəsində, geosiyasi zəmində effektiv siyasət yürüdəcəyinə gətirib çıxaracağını əminliklə söyləmək olar.

Avropa Şurasının hesabatına XİN-dən cavab: 30 illik erməni işğalı niyə  “unudulub”? - GlobalInfo.az

“Eyni zamanda biz Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi ilə bağlı da Azərbaycanın addımlarının nə qədər önəm kəsb etdiyini misal göstərə bilərik. Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycana xüsusi dividentlər gətirəcək. Xüsusilə, son zamanlar  logistika dünyanın əsas priotet sahələrindən birinə çevrilib. Dünya gücləri arasında nəqliyyat dəhlizlərinə nəzarət uğrunda ciddi rəqabət var. Bu mənada Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizində önəmli rola malik olması Azərbaycanın imkanlarını daha da artıracaq. Azərbaycanın qeyri-neft sektorunda nəqliyyat marşrutlarından əldə etdiyi gəlir, xüsusi əhəmiyyət daşıyacaq. Bildiyimiz kimi, Şimal-Cənub nəqliyyat dəhlizinin əsasını 3 istiqamət təşkil edir.

Bura Mərkəzi Asiyadan keçən Şərq Marşrutu, Xəzər üzərindən keçən Mərkəz marşrutu, eyni zamanda Azərbaycandan keçən qərb marşrutu daxildir. Qərb marşrutu ilə bağlı Azərbaycanla Ermənistan arasında ciddi rəqabət var. Ermənistan iddialıdır ki, bu marşrut Ermənistan üzərindən keçsin, yəni Hindistandan daşınan yüklər İran, Ermənistan, Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya daşınsın. Ancaq təbii ki, istər avtomobil yolları, istərsə də dəmir yolları baxımından Ermənistan heç bir halda Azərbaycanla rəqabət apara bilməz.

Şimal-Cənub nəqliyyat dəhlizinin bu hissəsi işə düşdü - FOTO

Son zamanlar Azərbaycanın bu istiqamətdə intensiv fəaliyyət yürütməsi və infrastruktur layihələrini uğurla həyata keçirməsi, Azərbaycanın imkanlarını daha da artırır. Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq Azərbaycanın imkanlarını daha da artırır. Biz yaxın perespektiv üçün bunun nə qədər əhəmiyyət daşıdığını bir daha müşahidə edəcəyik”, - deyə politoloq sonlandırıb.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu