Operativ Məlumat Mərkəzi

Putin və ya Mişustin COP29-da iştirak etmək üçün Bakıya gələ bilər

1 dəq
Paylaş:
Putin və ya Mişustin COP29-da iştirak etmək üçün Bakıya gələ bilər

Rusiya Prezidenti Vladimir Putin və ya hökumət başçısı Mixail Mişustin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi, prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev deyib.

“Mən prezidentin fərmanı ilə Rusiya nümayəndə heyətinə rəhbərlik edirəm. Amma ümid edək ki, bu il onlardan biri - ya prezident, ya da hökumət sədri olacaq. Azərbaycan strateji əhəmiyyətli tərəfdaşdır və mən əlbəttə ki, statusun daha yüksək olmasını, açılışda ya prezident, ya da hökumət sədrinin olmasını istərdim, ondan sonra danışıqların əsas hissəsini məntiqi sonluğa çatdırardım”, - o bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər