"Marsel" klubunun hücumçusu Meyson Qrinvud "PSJ"nin diqqətini cəlb edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Fransada növbəti uğurlu mövsümünü keçirən ingilis futbolçunun adı mütəmadi olaraq top-klublarla hallanır.
Paris təmsilçisi forvardı öz heyətinə qatmaq üçün rəqabət aparmağa tam hazırdır. Lakin bu keçidin reallaşmasında əsas problem maliyyə məsələləri ola bilər. Gözlənilir ki, Marsel təmsilçisi öz ulduz futbolçusu üçün 80 milyon avrodan çox təzminat tələb edəcək.
Cari mövsümdə gənc hücumçu "Marsel"in heyətində ümumilikdə 42 matçda iştirak edib. O, bu görüşlərdə 25 qol vurmaqla yanaşı, 10 məhsuldar ötürmə ilə də yadda qalıb.
Qeyd edək ki, "Transfermarkt" portalının ekspertləri "Mançester Yunayted"in yetirməsi olan oyunçunun bazar dəyərini 55 milyon avro olaraq qiymətləndirirlər.