Operativ Məlumat Mərkəzi

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı sənəd qəbulu davam etdirilir

2 dəq
Paylaş:
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı sənəd qəbulu davam etdirilir
bu haqda qurumun Mətbuat Xidmətindən məlumat verilib. Prokurorluq orqanlarında işləməyi arzu edən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab...

Gənclərin əməyindən ictimai həyatın bütün sahələrində daha geniş istifadə olunması istiqamətində Azərbayсan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə əsasən Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün 50 ştat vahidi üzrə 11.04.2023-cü il tarixdə elan edilmiş müsabiqə ilə bağlı sənədlərin elektron qaydada qəbulu prosesi davam etdirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu haqda qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Prokurorluq orqanlarında işləməyi arzu edən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar müvafiq sənədləri PDF” faylı formasında skan edib [email protected] ünvanına göndərməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.

Namizədlər müsabiqə ilə bağlı ətraflı məlumatı və tələb olunan sənədlərin siyahısını (https://genprosecutor.gov.az/az/page/prokurorluq/ise-qebul/vakansiya-elani) linkidə daxil olmaqla əldə edə bilər.

Sənədlərin qəbulunun başa çatacağı tarix, test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ sənədlərin siyahısı və müsabiqə ilə bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında məlumat veriləcəkdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər