Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sabahın hava proqnozu: Bakıda 21, rayonlarda 26 dərəcə isti

1 dəq
Paylaş:
Sabahın hava proqnozu: Bakıda 21, rayonlarda 26 dərəcə isti

Azərbaycanda aprelin 2-də havanın temperaturunun 26 dərəcə isti olacağı gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bakıda yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq, mülayim cənub-şərq əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət isə 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə az ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 21-26° isti, dağlarda isə gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax