Bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 23 milyard 594,7 milyon manat, xərcləri isə 20 milyard 174,4 milyon manat təşkil edib.
“Operativ Məlumat Mərkəzi-OMM” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,5 % və 1,2 % çoxdur.
Son nəticədə büdcədə 3 milyard 420,3 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 3,3 % azdır.