Bakı şəhərinin bir sıra yollarında tıxac yaranıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) rəsmi məlumat yayıb.
Hazırda yollardakı vəziyyət aşağıdakı kimidir:
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- Babək prospekti, mərkəz istiqamətində;
- 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
- Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
- Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
- Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
- Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
- 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
- Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
- Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
- Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
- Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.