ABŞ Prezidenti Donald Tramp, İran səmasında Amerikanın F-15E qırıcı təyyarəsinin ikinci heyət üzvünün uğurla xilas edilməsini rəsmən təsdiqləyib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, dövlət başçısı bu barədə "Truth Social" platformasında bildirib: "Biz ona çatdıq! Mən sizə onun sağ və sağlam olduğunu bildirməkdən çox məmnunam".
Onun sözlərinə görə, ABŞ hərbçiləri pilotu təxliyə etmək üçün ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından birini həyata keçiriblər. "Yaralandı, amma hər şey yaxşı olacaq", - deyə ABŞ Prezidenti əlavə edib.
Daha əvvəl "Axios" portalı pilotun təyyarə qəzasından bir neçə saat sonra xilas edildiyini bildirmişdi.