Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar Özbəkistanda səsvermə keçirilir.
“Report” Özbəkistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Seçkilərin müşahidəsində Zeynəddin Nizamoxayevin rəhbərlik etdiyi Özbəkistan Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti iştirak edir. Seçkilər ərəfəsində və səsvermə günü müşahidəçilər Bakıda və Azərbaycanın bölgələrindəki seçki məntəqələrində olublar.