Prezident Qazaxıstanda səfərdədir

Prezident Qazaxıstanda səfərdədir
03.07.2024 11:55
Aa
dəq

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Astanaya səfərə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev və digər rəsmi şəxslər qarşıladılar.

Qeyd edək ki, bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib.

Həftənin ən çox oxunanları

İlham Əliyevin adından TDT dövlət və hökumət başçılarının şərəfinə nahar verilib

İlham Əliyevin adından TDT dövlət və hökumət başçılarının şərəfinə nahar verilib
DAVAMIN OXU davamın oxu

H.Fidan: Şuşa Vətən müharibəsində Azərbaycanın şanlı Qələbəsinin rəmzidir

H.Fidan: Şuşa Vətən müharibəsində Azərbaycanın şanlı Qələbəsinin rəmzidir
DAVAMIN OXU davamın oxu

Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb

Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov: Ermənistanla sülh sazişi layihəsinin imzalanması istiqamətində müzakirələr davam edir

Ceyhun Bayramov: Ermənistanla sülh sazişi layihəsinin imzalanması istiqamətində müzakirələr davam edir
DAVAMIN OXU davamın oxu

Şuşada TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib - YENİLƏNİB

Şuşada TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu