Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran Prezidenti: ABŞ və İsrailin cinayətləri cavabsız qalmayacaq

1 dəq
Paylaş:
İran Prezidenti: ABŞ və İsrailin cinayətləri cavabsız qalmayacaq

İran Prezidenti ölkəsinə qarşı həyata keçirildiyini iddia etdiyi son hücumlarla bağlı açıqlama verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Məsud Pezeşkian ABŞ və İsrail tərəfindən İran xalqına qarşı törədildiyini iddia etdiyi hərəkətlərin cavabsız qalmayacağını bildirib.

Məlumata görə, rəsmi Tehranın məsələni normaları çərçivəsində və bütün diplomatik vasitələrdən istifadə etməklə qətiyyətlə izləyəcəyini vurğulayıb.

Bildirilir ki, Pezeşkianın sözlərinə əsasən, İranın məqsədi bu addımları hüquqi müstəvidə gündəmə gətirmək və məsul şəxslərin hüquq çərçivəsində cavabdeh olmasına nail olmaqdır.

Qeyd edək ki, son dövrlərdə Yaxın Şərqdə gərginliyin artması fonunda İran rəhbərliyi platformalarda diplomatik fəaliyyətini daha da intensivləşdirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax