Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Prezident İlham Əliyev: Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi artır

2 dəq
Paylaş:
Prezident İlham Əliyev: Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi artır

Təşkilatına () ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi, qarşılıqlı sərmayə qoyuluşunun həcmi artır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən söyləyib.

"İqtisadi sahədə, - sizin də görüşünüzün əsas məzmunu bu olacaq, - işlər yaxşı gedir. Azərbaycana gəldikdə, bütün üzv ölkələrlə bizim ticarət dövriyyəmiz artır, qarşılıqlı sərmayə qoyuluşunun həcmi artır. Biz təşkilata üzv ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq. Düzdür, bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Ancaq digər üzv ölkələrlə də qarşılıqlı sərmayə qoyuluşu prosesi gedir. Bizim Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə investisiya fondları yaradılıb. Bu fondlar vasitəsilə artıq bir çox layihələr icra edilir, yaxud da ki, onların icrası üçün hazırlıq işləri aparılır", - deyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax