Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Prezident gömrük rüsumu güzəştlərini genişləndirdi

2 dəq
Paylaş:
Prezident gömrük rüsumu güzəştlərini genişləndirdi

İlham Əliyev Milli Məclisin iyulun 10-da qəbul etdiyi " tarifi haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, dəyişikliyə əsasən, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş Ələt azad iqtisadi zonasında Azad zona hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş yerli mənşəli malların həcminin azı 50 %-nin ölkə hüdudlarından kənara ixracı şərtilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilməsi – malı istehsal və ya emal edən Azad zona hüquqi şəxsinin təsis olunduğu tarixdən 15 il müddətində gömrük rüsumundan azad edilir.

Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Bundan başqa, "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunun tətbiqi və "Gömrük tarifi haqqında" qanunun tətbiqi barədə" 4 iyul 2013-cü il tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, gömrük rüsumundan azad olunmaqla Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilən Azad zonada onun hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş Respublikası mənşəli malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısını və həmin malların Azad zonadan əsas iqtisadiyyata gətirilməsi qaydasını üç ay müddətində müəyyən edib Prezidentə məlumat verməli, yenilənmiş qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax