Azərbaycan Prezidenti İlham Əliyev Avropa Parlamentini tənqid edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, o, bunu İrəvanda "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında bəyan edib.
O qeyd edib ki, bütün Avropa institutları Ermənistan-Azərbaycan sülh prosesinə Avropa Komissiyası kimi eyni yanaşmanı nümayiş etdirmir.
Prezidentin sözlərinə görə, belə institutlardan biri Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasıdır.
İlham Əliyev xatırladıb ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və 2024-cü ilin yanvarına qədər milli nümayəndə heyətinə qarşı heç bir məhdudiyyət tətbiq edilməyib.