Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan və Slovakiya prezidentləri Ağdama səfər edəcəklər

2 dəq
Paylaş:
Azərbaycan və Slovakiya prezidentləri Ağdama səfər edəcəklər

və Slovakiya Prezidentləri bu gün Ağdama səfər edəcəklər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İlham Əliyev iyulun 14-ü Şuşada Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında çıxışı zamanı məlumat verib.

qeyd edib:

"Bu gün slovakiyalı həmkarımla birgə Ağdamın Baş Qərvənd kəndinə gedəcəyik. Orada Slovakiya şirkətinin icra Ağıllı kənd layihəsi ilə tanış olacağıq. Bu dəstəyə və Qarabağın bərpasına verdiyiniz tövhfəyə görə sizə bir daha təşəkkürümü bildirmək istəyirəm".

İlham Əliyev qeyd edib ki, səfər sabah Bakıda davam etdiriləcək:

"Dəvətimi qəbul etdiyi üçün cənab prezidentə təşəkkür edirəm. Bu bir daha münasibətlərimizin nə qədər səmimi və mehriban olduğunu göstərir. Əminəm ki, bu münasibətlər uğurla davam edəcək. Biz konkret işlərin tərəfadarıyıq. Hər iki tərəf ikitərəfli münasibətlərə çox önəm verir. Deyə bilərəm ki, son illər ərzində güclü tərəfdaşlıq yaradılıb".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax